BMT: Myanmada etnik təmizləmə baş verir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər.

Bunu BMT-nin İnsan hüquqları üzrə Şurasının sessiyası zamanı təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib.

O vurğulayıb ki, Myanma hökuməti bölgəyə insan hüquqları üzrə mütəxəssislər buraxmadığı üçün vəziyyəti dəqiqliklə müəyyənləşdirmək mümkün deyil.

 Z.R.əl-Hüseyn ölkə rəhbərliyini rohincalara qarşı “sərt hərbi əməliyyatları” dayandırmağa çağırıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗