Ərdoğan: “S-400 raketlərinə görə Rusiyaya beh verilib”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, buna görə Rusiya tərəfinə beh də verilib: “Mən və Putin bu mövzuda qərarlıyıq”.

RF Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını bildirib: “Hazırda razılaşma icraya hazırlanır”.

Vətənim Media Shorts

YouTube-da aç ↗