Venesuela prezidenti müxalifətlə danışıqlarda iştirak edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Venesuela prezidenti Nikolas Maduro ölkə hökumətinin müxalifətlə danışıqlarda iştirak edəcəyini bildirib.

Danışıqların təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan respublikasının prezidenti Danilo Medina olub.

 Maduronun sözlərinə görə, müxalifətlə görüşdə onu Venesuela hökumətinin nümayəndə heyətinə rəhbərlik edəcək Xorxe Rodriges təmsil edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗