Bakının bu rayonlarında su olmayacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar, sentyabrın 25-də gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Vətənim Media Shorts

YouTube-da aç ↗