“ABŞ müharibə elan etdi” – Şimali Koreyanın XİN rəhbəri

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ və Şimali Koreya arasındakı gərginlik daha da artıb.

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho Nyu-Yorkda BMT-nin 72-ci sessiyasında açıqlamalar verib.

Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh edən Ş.Koreya rəsmisi bundan sonra baş verə biləcək hadisələrin məsuliyyətini Amerikanın daşıyacağını bildirib:

“ABŞ təyyarələrini beynəlxalq hava məkanında vura bilərik. Bütün dünya bilməlidir ki, müharibə elan edən ilk tərəf ABŞ-dır. Bizim hər cür tədbiri görmək haqqımız var”.

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Şimali Koreyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini açıqlamışdı.

Vətənim Media Shorts

YouTube-da aç ↗