İsraildə patrula hücum: 3 nəfər öldü, bir yaralı var

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

İsraildə Qüdsdən şimal-qərbdə yəhudilərin məskunlaşdırıldığı Ar Adar ərazisində səhər saatlarında baş verən hücum nəticəsində 3 yəhudi ölüb, biri yaralanıb.

“Qaley TSAXAL” radiostansiyasının məlumatına əsasən, 4 yəhudi məskunlaşdırıldıqları ərazidə patrul xidməti çəkərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıblar. Xəbərdə onların fələstinli olduğu ehtimal edilir.

Naməlum terrorçu Ar Adara ərazidə işləyən fələstinlilərlə birlikdə arxa qapıdan yaxınlaşıb. Patrullar şübhələnərək ona atəş açıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçulara atəş açaraq onları zərərsizləşdirib.
Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗