“Bavariya”nın müdafiəçisi Coşua Kimmix maraqlı açıqlaması ilə diqqət çəkib.
O, Çempionlar Liqasında PSJ ilə bu gün keçirəcəkləri oyundan öncə rəqibin futbolçusu Neymar haqda fikirlərini bildirib.
Kimmix braziliyalı hücumçunu tərifləyib: “Bu cür oyunlar olanda hər gün məşq edirsən. Məhz bunun sayəsində də futbolçu olursan. Çempionlar Liqasında ən yaxşılara qarşı mübarizə aparmaq mənə xoş gəlir. PSJ-nin heyətində Neymarı fərqləndirərdim. O, təkbətək mübarizələrdə dünyanın ən güclü futbolçusudu”.
Qeyd edək ki, PSJ – “Bavariya” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.
