Sabahın havası

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ETSN-dən  verilən məlumata görə, sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  12-15° isti, gündüz  17-20° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 80-90 %, gündüz  55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  9-14°, gündüz  16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Vətənim Media Shorts

YouTube-da aç ↗