Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

“Zenit”in hücumçusu Aleksandr Kokorin bütün həmkarlarını qabaqlayıb.

Rusiyalı futbolçu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. O, səslərin 39 faizini toplayaraq, ən yaxın izləyiciləri Konstantin Budesku (“Styaua”, 24 faiz) və Manuel Fernandesi (“Lokomotiv”, 13 faiz) geridə qoyub.

Qeyd edək ki, “Zenit”in “Real Sosyedad”a 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Kokorin aktivinə 2 qol yazdırıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗