ABŞ-ın yeni səfiri Moskvaya gəlib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman həyat yoldaşı ilə birlikdə Moskvaya gəlib.

Bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin sözçüsüMariya Olson “Twitter” hesabında yazıb.

“Rusiyaya xoş gəlmişsiniz, səfir və xanım Hantsman”, – M.Olson yazıb.

Qeyd edək ki, daha əvvəl yeni səfir “Twitter”də “ABŞ-ın Rusiyadakı səfiri kimi böyük ölkəmizə xidmət göstərməyi özüm üçün şərəf hesab edirəm” postunu paylaşıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗