Dünya Boks Şurasının (WBC) təşkil etdiyi döyüşlərdən biri Bakıda keçiriləcək.
Bu barədə qurumun prezidenti Maurisio Süleyman Bakıda keçirilən mətbuat konfransında bildirib. M.Süleyman bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz verib: “Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın quruma üzv olması bir başlanğıcdır. Yaxın gələcəkdə burada döyüşlər də təşkil etməyi düşünürük”.
