“O səs Türkiyə”də çıxışı ilə diqqətləri üzərinə çəkən Mərdan Kazımov yeni klipini təqdim edib.
İfaçının “Səhər açılsın” adlı mahnısı artıq “Youtube” kanalında yerləşdirilib. Mahnının sözləri Əlizaman Babaşova, musiqisi Gözəl Tapdığa məxsusdur. Bəstəni Rubail Əzimov aranjeman edib.
Mahnıya DR. Nicat Zeynallı ekran həyatı verib.
Qeyd edək ki, müsabiqədə “La la la” mahnısını ifa edən Mərdan Ebru Gündəşlə Hadisəni özünə tərəf döndərə bilmişdi. O Gündəşin komandasında yarışmağı seçmişdi.
Musavat.com
