Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində də çap olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Oktyabrın 21-də Gürcüstanda keçiriləcək yerli idarəetmə seçkiləri üçün bülletenlər milli azlıqların dillərində də çap olunacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze APA-nın yerli bürosuna bildirib ki, seçki bülletenləri gürcü-Azərbaycan və gürcü-erməni dillərində çap olunaraq milli azlıqların sıx yaşadıqları bölgələrə göndəriləcək.

A. Mikeladze deyib ki, MSK bəzi seçki məntəqələri üçün 3 dildə – gürcü, Azərbaycan və erməni dillərində bülletenlər çap etdirəcək: “Seçki bülletenlərinin çap olunması prosesinə hələ başlanılmayıb. Seçicilərin yekun siyahısı əldə olunandan sonra prosesə start veriləcək”.

Qeyd edək ki, Gürcüstanda 3,4 milyon nəfərdən çox seçici var.

Vətənim Media Shorts

YouTube-da aç ↗