“Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək.

Bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktybarın 13-14-də temperaturu bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq: “Əvvəlcədən xəbər verildiyi kimi, müşahidə olunan hava şəraiti 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Vətənim Media Shorts

YouTube-da aç ↗