Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.

Bu barədə oktyabrın 12-də Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatında bildirilir ki, respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır: “KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib. Rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib”.

Vətənim Media Shorts

YouTube-da aç ↗