Dost itkisi
Həsrət, kədər tapdı bizi,
Samir ömrü vaxtsız yetdi.
Təzələdi dərdimizi,
Həyat yolu cavan bitdi.
Vuqar, Ceyhun itkisini,
Ürəyində qübar etdi.
Dostların son nəfəsini,
Qəlbində yaşadıb getdi.
Yaxşılıq amalı idi,
Atasından öyrənmişdi.
Məsləki nəciblik idi,
Əqidəsi dəyişməzdi.
Bu dünyada səndən sonra,
Xatirələr yaşayacaq,
Övladlarln səndən sonra,
Yoxluğunla danışacaq.
Müşfiq Cabiroğlu
