Əfqanıstanın şərqində 14 İŞİD terrorçusu zərərsizləşdirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində ABŞ pilotsuz uçan aparatının endirdiyi hava zərbəsi nəticəsində 14 İŞİD silahlısı ölüb, daha 8-i yaralanıb.

 

Bu barədə cümə axşamı yerli təhlükəsizlik orqanlarına istinadən “Khaama Press” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, zərbə İŞİD-in Xocani rayonundakı sığınacağına endirilib. Həmçinin əməliyyat zamanı terrorçulara məxsus silah, döyüş sursatı və partlayıcı maddələr məhv edilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗