VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
23.11.2017 13:57 · gunaynovruz

“Deputatların ezamiyyət pulu, maaşı artırılsın”

“Ezamiyyə üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”. Modern.az-ın məlumatına görə, bunu parlamentin İctimai birliklər…

“Ezamiyyə üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”.

Modern.az-ın məlumatına görə, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında layihənin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, ezamiyyə xərclərinə əlavələr olunmalıdır.

“Bu vəsait istifadə olunmasa, geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur”.

Deputat qeyd edib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və onlar yaxşı işləyirlər.

“Əsas meyar onların gedib-gəlməsi və əlaqə qurmalarıdır. Dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir. Bu sahəyə müəyyən qədər vəsait ayrılsa, yaxşı olar. Bundan əlavə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırıması üçün də müvafiq tədbirlər keçirilməlidir. Türkiyədə, Rusiyada olur ki, iş adamları da dəstək göstərir. Amma Avropanın elə ölkələri var ki, orada 3 nəfər azərbaycanlı iş adamı yoxdur. Bu məsələyə diqqət ayırılsa, yaxşı olar. Həmçinin kitabların çap olunmasını və tərcümə olunmasını da Milli məclis diqqətdə saxlamlıdır”.

Deputat növbəti dəfə deputatların maaşının artırılmasını təklif edib.