Onu xəstəxanaya aparsalarda, xilas edə bilməyiblər.
Xorvat general Beynəlxalq Haaqa Məhkəməsində öz həyatına son qoydu. General Slobodan Pralyak insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham edərək tribunala çıxarılıb. Lakin o, zalda özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib. Pralyak hakimin sözlərindən sonra əlindəki şüşüədən zəhər içərək intihar edib.
Appelyasiya palatası 2013-cü ildə höküm elan edilən Xorvat müdafiə şurasının keçmiş rəhbərinin 20 illik həbs cəzasını qüvvədə saxlayıb.
Məhkəmə canlı yayımlanıb. 72 yaşlı general əlindəki mayeni içdikdən sonra “zəhər içdim. Mən günahkar deyiləm, bu hökmə qarşı çıxıram” deyə bilib. Bu hadisədən sonra məhkəmə heyəti də təccüblə nə baş verdiyini anlamağa çalışıb. Hakim prosesə fasilə verildiyini elan edib, dərhal həkim çağırılıb və bundan sonra canlı yayım kəsilib.
Xatırladaq ki, bir neçə xorvat general Bosniya müharibəsi insanlıq əleyhinə cinayətlər törətməkdə, tarixi Mostar köprüsünün dağıdılmasında və s. cinayətlərdə ittiham edilirlər. Onlar ümumilikdə 111 il azadlıqdan məhrumetmə cəzası alıblar.
