İsrail hakimiyyəti Qüdsdə 14 min yeni tikilinin inşasına başlanacağını elan edib.
Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, yeni tikiləcək 14 min binadan ən azı 6 mininin müsəlmanların məskunlaşdığı ərazilərdə salınacağı bildirilib.
İsrail Mənzil və İnşaat naziri Yoav Qolan tərəfindən təkmilləşdirilən layihənin bir parçası olaraq Qüdsün şimalında və Ramallahın kənarında 5 min ədəd, şərqi Qüdsdəki yəhudi məhəlləsi üçün isə min ədəd yeni mənzilin tikilməsi planlaşdırılıb. /Axar.az/
