Qaz ehtiyatının dörddə birinin olduğu bölgədə SAVAŞ: Əti çiy-çiy yeyən xalq qazın qurbanı olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Şimal qütbünün Yamal yarımadasında özünəməxsus ənənə ilə yaşayan yaşayan nenetlər dünyadakı enerji savaşına qurban gedə bilər. 

Yarımada Qərbi Sibirin şimalında, Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Yarımadanın uzunluğu 700 km, eni 240 km təşkil edir. Sahillərini Kara dənizi və Ob estuarisi yuyur.

Lanşaftı tundra, cənub hissəlırdə isə meşə tundradır. Çoxlu sayda gölləri vardır. İnsan tərəfindən zəyif məskunlaşılmışdır. Əsasən maralçılıq, balıqçılıq geniş yayılmışdır. Yarımada ərazisində zəngin qaz yatağları var.

Nenetlər çiy ət yeməyə adətkardır, çox çətin şərtlər daxilində yaşayırlar. Buna baxmayaraq, öz torpaqlarını tərk etmək istəmirlər.

Onlar əsasən maral saxlayır və maral əti ilə də qidalanırlar.
Yarımadanın 700 km-lik hissəsi Rusiyanın tərkibindədir. 2002-ci il siyahıyaalınmasına görə, burada 40 mindən çox nenet yaşayır.

Nenetlərin ən böyük özəlliyi çiy ət yemələridir. Müasir həyatı qəbul etməsələr də, mobil telefondan istifadə edirlər. Heyvanlarınıotlağa aparmaq üçün 100 km məsafə qət etmək onlar üçün asan görünür.

Stalin tərəfindən repressiyaya məruz qalan nenetlərin yaşadığı bu ərazi böx böyük əhəmiyyətə malikdir. Dünyadakı təbii  qaz ehtiyatının dörddə biri buradadır. Nenetlər maral ətini və buynuzunu əsasən Çinə afrodiziak olaraq ixrac edirlər.

Nenetlər də evlənmək istədikləri qız üçün başlıq verirlər. Başlıq isə maral olur. Hər ailənin öz çadırı və maral sürüsü var. Sürüdə i50- 7 min arası maral olur.

İndi isə görünən odur ki, -50 dərəcə soyuqda yaşayan nenetlərin sakit həyatına dünyadakı enerji böhranı son qoyacaq.

/Cebhe.info/

Vətənim Media Shorts

YouTube-da aç ↗