VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
11.12.2017 20:37 · gunaynovruz

“Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı – BİRLİYİN YENİ SƏDRİ SEÇİLDİ

Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı (konfransı) keçirilib. “Borçalı” İctimai Birliyinin mətbuat xidmətinin məlumatına əsasən, Ümumi yığıncaq Birliyin 3 təsisçisindən ikisinin – tanınmış ictimai xadim Eyvaz…

Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Borçalı” İctimai Birliyinin XI Ümumi yığıncağı (konfransı) keçirilib.
“Borçalı” İctimai Birliyinin mətbuat xidmətinin məlumatına əsasən, Ümumi yığıncaq Birliyin 3 təsisçisindən ikisinin – tanınmış ictimai xadim Eyvaz Borçalı və professor Hidayət Nuriyevin təşəbbüsü və İdarə Heyətinin qərar ilə çağrılıb.
Birliyin 130 nəfərə yaxın üzvünün  iştirak etdiyi Ümumi yığıncaqda Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, qurumun həyatdan köçən üzvlərinin və sabah anım günü olan ümumilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Toplantıda ilk olaraq “Borçalı” İctimai Birliyinin iyul ayında vəzifəsini könüllü olaraq tərk edən Sədri Kərəm Məmmədovun istefası qəbul edilib və qurumun son 1 ildə gördüyü hesabat dinlənərək, qənaətbəxş hesab edilib.
Ümumi yığıncaqda dekabrın 2-də “Borçalı” İctimai Birliyi adından keçirilən tədbirə də münasibət bildirilib, təsisçilərdən birinin və İdarə Heyətinin 3 nəfər üzvünün təşkil etdiyi bu toplantının Birliyə heç bir aidiyyatı olmadığı və qeyri-legitim olduğu vurğulanıb. Nəticədə “Borçalı” İctimai Birliyinin Nizamnaməsinə və müvafiq qanunvericiliyə zidd fəaliyyət göstərən 5 nəfər üzvlükdən xaric edilib.
Daha sonra Ümumi yığıncaq iştirakçıları “Borçalı” İctimai Birliyinin yeni Sədrini, eləcə də İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının (NTK) üzvlərini seçib. Yığıncaqda Birliyin İdarə Heyətinin keçmiş üzvü Pünhan Məmmədov yekdilliklə  Sədr seçilib.
Qeyd edək ki, Ümumi yığıncağın iradəsi ilə İdarə Heyətinin 21 nəfərdən ibarət üzvünün sayı 9-a endirilib və əlavə olaraq 3 nəfərdən ibarət də NTK formalaşıb.
Ümumi yığıncaqda yeni seçilən Sədr öz konsepsiyasını açıqlayıb və tədbirdə iştirak edən qonaqlar,  o cümlədən Birliyin üzvləri çıxış edərək, “Borçalı” İctimai Birliyinə uğurlar arzulayıblar.