VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizHörmüzdə nəhəng tanker BELƏ PARTLADI – VİDEOXocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salındı
14.12.2017 11:05 · gunaynovruz

BMT-nin hesabatı: Ermənilər ölkədən qaçır – VİDEO

Hazırda Ermənistanın əhalisi rəsmi statistikaya görə 3 milyondan bir qədər çoxdur. Lakin ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur. Mütəxəssislərin hesablamalarına görə, 2016-ci ildən cari ilin oktyabrına qədər Ermənistanda…

Hazırda Ermənistanın əhalisi rəsmi statistikaya görə 3 milyondan bir qədər çoxdur. Lakin ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur.

Mütəxəssislərin hesablamalarına görə, 2016-ci ildən cari ilin oktyabrına qədər Ermənistanda əhalinin sayi 14 min nəfər azalıb. Bu minvalla Ermənistanin əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyona nəfərə enəcək. Bu isə 9,6 faizlik azalma deməkdir.

BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikasi ilə bağlı hesabatında bildirilir ki, 2100-cü ildə Ermənistanda vur-tut 1,793 milyon adam yaşayacaq.

Bu gün Ermənistanda yaşayan hər bir erməni çiynində dövlətin 5 min dollarlıq xarici borcunu daşıyır. Erməni hökuməti isə vəziyyəti düzəltmək, iş yerləri açmaq, sosial proqramlar həyata keçirmək əvəzinə hərbi siyasətə girişib.

Ermənilərin iş və qazanc dalınca başqa ölkələrə, daha çox Rusiyaya qaçmaları barədə İrəvanın ictimai təşkilatları xeyli vaxtdır həyəcan təbili çalırlar. Əvvəllər onlar tək tək xaricə gedirdilərsə, indi ailələləri ilə birdəfəlik köçüb getməyə üstünlük verirlər. Ermənilərin ölkədən qaçmasının başlıca səbəbi işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir. Valideyinlər övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinin əleyhinədirlər.

Prezident Serj Sarkisyan isə illərdir eyni mətnli pafoslu çıxışları ilə xalqını aldadır, əhalinin sayının 2040-ci ilədək 4 milyon nəfərədək artırılacağı ilə bağlı xam xəyallar qurur. BMT-nin son hesabatı isə Ermənistan prezidentinin yalanlarını ifşa etdi. Ermənistan hökuməti hazırda ölkədən qaçan erməni ailələrin geri qaytarılması üçün baş sındırır.   /Xəzər TV/