BƏƏ Xarici İşlər naziri Abdullah bin Zəyed Birinci dünya müharibəsində Mədinənin müdafiəsində fəal iştirakına görə “Mədinə qəhrəmanı” kimi tanınan Fəxrəddin paşanı oğurluqda günahlandırıb.
Buna səbəb kimi isə Mədinədəki müqəddəs əmanətləri İstanbula gətirməsi kimi göstərib. Onun bu ittihamlarının əsas hədəfi Ərdoğandır.
Türkiyə prezindenti 42-ci Muxtarlar toplantısında ona cavab bildirərək, zalımlərin tərəfində olanların Mədinə qəhrəmanı Fəxrəddin paşaya bu cür böhtan atmağının əbəs yerə olmadığını ifadə edib.
O Fəxrəddin paşanın Mədinədə göstərdiyi şücaətlərdən danışaraq, Mədinə müdafiəsinin islamın və onun böyük peyğəmbərinin, simvollarının necə qorunduğunu göstərən bir hadisə olduğunu, Fəxrəddin paşanın Mədinədəki müqəddəs əmanətləri 2 min əsgərin müşayiəti ilə İstanbula göndərdiyini və o əmanətlərin hələ də Topqapı muzeyində qorunduğunu qeyd edib.
Daha sonra Ərdoğan Zəyedi utanmaz adlandıraraq, “Bu gün islamın bir çox əmanəti qərb muzeylərində nümayiş olunur, bəs siz onları geri qaytarmaq üçün nə etmisiniz? Bizim əcdadımız min illər boyu Qüdsü və bütün islam dünyasını qoruyub, bəs sizin əcdadınız nə edib?” şəklində sərt sözlər deyib.
/A24.az/
