Vəziyyət gərginləşir: İsrail polisi türkləri həbs etdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Məsələ ilə bağlı rəsmi Təl-Əvivdən hələlik hər hansı açıqlama verilməyib

İsrail polisi Qüdsdə iki Türkiyə vətəndaşını həbs edib. Sputnik Türkiyə xəbər verir ki, hadisə əl-Əqsa məscidi ətrafında baş verib.

Namaz qılmaq üçün məscidə girməyə çalışan türklər polis maneəsi ilə qarşılaşıblar. Daha sonra tərəflər arasında qarşıdurma yaşanıb. Polis türklərdən ikisini həbs edib.

Məsələ ilə bağlı rəsmi Təl-Əvivdən hələlik hər hansı açıqlama verilməyib. Tutulan şəxslərin Abdullah Kızılırmak və Mehmet Karqılı olduğu bildirilib.

Vətənim Media Shorts

YouTube-da aç ↗