Pensiyalarla bağlı yeni qanunda hansı yeniliklər var? – TƏFƏRRÜAT + VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Əmək pensiyaları haqqında qanun iki gün öncə qüvvəyə minib. Ancaq bir çox insan bu qanundakı yeniliklərin təfərrüatlarından xəbərsizdir.

Yeni qanunvericiliyə əsasən əvvəllər ancaq sığorta hissəsi artırılan pensiya məbləğinin indi hamısı indeksləşdiriləcəyindən pensiyaların ümumi həcmində hər il önəmli dərəcədə artımlar olacaq.

Bundan başqa, pensiya yaşında təqaüdə çıxan, lakin işləməyə davam edən vətəndaşlar yenidən müraciət etdikdə ödədikləri sığorta məbləğinə uyğun olaraq pensiyalarında əlavə artımlar olacaq.

Yeniliklərdən biri isə pensiya təyinatı ilə bağlı vətəndaş müraciət etdikdə ona konkret zaman ərzində bununla bağlı məlumatın verilməsidir. Əvvəllər bu müddət qısa olmadığından bəzən pensiya təyinatında yubanmalar olurdu.

Vətənim Media Shorts

YouTube-da aç ↗