Bərdə rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.
Məlumata görə, hadisə rayonun Əliyanlı kəndində baş verib.
Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib. İlkin məlumatlara görə, S.Məmmmədova qısqanclıq zəminində A.Məmmədovanı qətlə yetirmək istəyib. Bir neçə bıçaq yarası alan qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
S.Məmmədov hadisəni törədəndən sonra könüllü şəkildə polisə təslim olub.
Qeyd edək ki, S.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin Patrul Xidmətinin 8-ci tağımının inspektorudur.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. /Report/
