Rusiyanın Federal Kosmos Agentliyi “Roscosmos” Beynəlxalq Kosmos Bazasında lüks otel inşa etməyi planlaşdırır.
Sözügedən oteldə müştərilər kilometrlərlə uzaqlıqdan yerin mənzərəsini seyr edə biləcəklər. Burada qonaqların istirahəti üçün 4 bölümdən ibarət yataq otaqları, həmçinin özəl kabinetlər, idman alətləri və Wi-Fi da olacaq.
20 ton ağırlığında və 15,5 metr uzunluğunda olması planlaşdırılan otelin müştəriləri kosmosa ekskursiya etmək istəsələr, onları təcrübəli kosmonavtlar müşahidə edəcək.
Oteldə 1-2 həftəlik qalmaq 40 milyon dollara başa gələcək. Əgər burada 1 ay istirahət etmək istəyirsinizsə, əlavə olaraq 20 milyon da ödəməli olacaqsınız.
Sözügedən otelin inşasının 446 milyon dollara başa gələcəyi bildirilib. /Qaynarinfo/
