VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
04.01.2018 11:19 · gunaynovruz

“İranda üsyan bitdi”

Qərbi Azərbaycan ostanında ölənlər var. İranda keçirilən aksiyalar zamanı Avropa vətəndaşı tutulub. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Saxlanılan şəxsin adı və hansı Avropa ölkəsindən olduğu açıqlanmayıb. Saat 08:55 "İranda iğtişaşlar başa…

Qərbi Azərbaycan ostanında ölənlər var.

İranda keçirilən aksiyalar zamanı Avropa vətəndaşı tutulub. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Saxlanılan şəxsin adı və hansı Avropa ölkəsindən olduğu açıqlanmayıb.

Saat 08:55

“İranda iğtişaşlar başa çatıb, üsyançılar məğlubiyyətə uğrayıblar”. İstiPress-in İran mətbuatına istinadla verdiyi məlumata görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Çəfəri deyib.

Generalın sözlərinə görə, etiraz edənlərin sayı hər bir şəhərdə 1,5 mindən yuxarı olmayıb. İranın ümumi ərazisində isə 15 mini ötməyib.

“Mehr”in adıçəkilən korpusa istinadən yaydığı məlumata görə,  İranın Qərbi Azərbaycan ostanında Piranşehr şəhərində kəşfiyyat qüvvərlərinin  üç əməkdaşı həlak olub. Onlarla bağlı açıqlamada kəşfiyyatçıların antiinqilabi elementlərlə mübarizədə öldürüldüyü qeyd edilib. Eyni zamanda bu hadisənin İranda keçirilən aksiyalarla bağlı olub olmadığı da açıqlanmayıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb. Aksiyaların ilk keçirildiyi yer Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərləri olub. Dekabrın 29-da etirazlar Tehranda və Təbrizə də sıçrayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımı, işsizliyə etirazlarını bildirirlər. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Ölənlərin sayı 20-ni ötüb, 500-ə yaxın insan isə saxlanılıb.

İranın ali dini lideri Əli Xameneini baş verən hadisələrdə ölkənin düşmənlərinin əli olduğunu qeyd edib.

Ötən gün isə on minlərlə insan hökumətə dəstək mitinqləri keçirib.     /İstiPress/