VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
07.01.2018 10:45 · gunaynovruz

Bizi hansı dәhşәtlәr gözlәyir? – 9 öncәgörmә

Sonuncu rus imperatoru II Nikolayın ailəsinin ən yaxın dostu, öncəgörmələri ilə dünyanı lərzəyə salan sadə kəndli Qriqori Rasputin kim idi? Hansı xüsusiyyətlərinə görə savadsız, kasıb bir kişi hakim təbəqənin ən çox güvənib,…

Sonuncu rus imperatoru II Nikolayın ailəsinin ən yaxın dostu, öncəgörmələri ilə dünyanı lərzəyə salan sadə kəndli Qriqori Rasputin kim idi? Hansı xüsusiyyətlərinə görə savadsız, kasıb bir kişi hakim təbəqənin ən çox güvənib, etibar etdiyi insana çevrilmişdi?

Ətrafında çoxlu mistik və tükürpədən əhvalatlar dolaşan Rasputinin ölümü, hətta qəbri belə müəmmalarla doludur. Odur ki, bəziləri onu müqəddəs, digərləri isə şeytan, iblis adlandırırlar.

Rasputin haqda dəqiq olan bir fakt var, o da dəqiq öncəgörmələridir. O nəinki öz ölüm tarixi haqda dəqiq məlumat verib, hətta dünyanı bürüyəcək epidemiyalar, xəstəliklər, müharibələr haqda da səhih fikirlər söyləyib.

Milli.Az publika.az-a istinadən bu fikirlərin bir neçəsini təqdim edir:

Öz ölümünü görən Rasputin

Rasputin öz ölümünü iki cür şərh edirdi. Birinci kəndlilər tərəfindən qətl ediləcəyi, ikicisi isə saray əyyanları tərəfindən öldürüləcəyi idi. İkinci təxmini gerçəkləşir. Onu çar ailəsinə qısqanan əyyanlar yediyi şirniyyata zəhər qatırlar. Sonra isə arxadan zərbə endirib, cəsədini çayda batırırlar.

O, həmçinin çar ailəsinin ölümünü də aydın görmüşdü. Çar və çariçanı ölümlərindən əvvəl möhkəm qucaqlayıb, “sanki cəsədə sarıldım” demişdi.

İkinci Dünya Müharibəsi

Rasputin qanlı müharibənin dünyanı aclığa, vəhşətə bürüyəcəyi haqda da məlumat vermişdi. O, bu savaşı təsvir edərkən:”İnsanlar kütləvi şəkildə öləcək. Onları basdırmağa belə adam tapılmayacaq. Hər kəs qan içində gəzəcək”, – demişdi.

Canlılar məhv olacaq

Rasputin həmçinin illər öncə nüvə silahının gətirəcəyi bəlalardan və radiasiyanın məhvedici gücündən də xəbər vermişdi. “Canlılar partlayıb, məhv olacaqlar, yaralarından zəhərli qan axacaq. Onlar yerə, göyə sovrulacaqlar”.

Qəlbsiz varlqlar

Qriqori öz əlyazmalarında klonlaşdırılma haqda da geniş sərh verir. O, insan cildində yaradılan qəlbsiz, hissiyatsız varlıqlar haqda da məlumat verib.

Hazırda alimlər valideynlərin sifarişi ilə onların istəyinə uyğun seçilmiş xarici görünüşə və irsi xəstəliklərdən azad olmuş körpələrin yetişdirilməyinin mümkünlüyü haqda fikirlər yürüdürlər.

Heyvan insanın düşməninə çevriləcək

Rasputinin öncəgörmələrinə aydınlıq gətirəndə görürük ki, nəzarətsiz genetik tədqiqatlar nəticəsində yetişdiriləcək vəhşi varlıqlardan və onların insanları məhv edəcəyindən də yazıb.

Mənəvi dəyərlər

Qriqori insana xas ali hisslərin tükənəcəyindən də xəbər verirdi. O, qəm içərisində: “Sevgi itəcək, insanlar uçurumun kənarında dayanacaqlar”, – deyirdi.

İlanlar

Mistikaçı həmçinin insanları sıra ilə məhv edəcək 3 ilan haqda məlumat verirdi. Birinci və ikincinin böyük itkilərə səbəb olacağını, üçüncüdən sonra isə yalnız bir neçə seçilmişlərin sağ qalıb, cənnətə düşəcəklərini qeyd edirdi. Tarixçilərin zənnincə, o, müharibələrdən bəhs edir. Birinci və İkinci dünya müharibəsinin acı qalıqlarını hələ də toplayan insanlıq üçüncüyə hazır olmalıdır.

Dünyanın sonu

Rasputin Apokalipsisi Üçüncü dünya müharibəsi ilə əlaqələndirirdi. Onun proqnozuna görə, Günəş Yer səthini yandıracaq, çayları qurudub, canlıları məhv edəcək. Lakin Rasputin bunun dəqiq tarixi deyə bilməyib.

Tərsinə dönən dünya

Rasputinin ən dəhşətli öncəgörməsi isə yəqin ki, budur. O deyirdi ki: “Vaxt gələcək, Günəş üç sutka gizlənib, insanları soyuq və qaranlıqda qoyacaq. Hər kəs qurtuluş kimi ölümünü gözləyəcək. Hər yeri göz yaşı və kədər bürüyəcək, dekabrda yay, iyunda isə qış olacaq”. Lakin onun bu təxmini hələ də çözülməyib