Bu gün İranın İraqla sərhədi yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.
***
İranın Kirmanşah vilayətindəki zəlzələ nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb. /Axar.az/
