Azərbaycanlılar ən çox nədən ölürlər?
Azərbaycanda əhali arasında ölümün əsas səbəbi açıqlanıb.
Bu barədə deputat Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə əsasən, 2017-ci ildə Azərbaycanda vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından dünyasını dəyişib.
Deputat qeyd edib ki, bu sahədə ciddi tədbirlər görülməlidir. /Oxu.Az/
