Dr. İbrahim Ali Yazır – III Gənclərin Yoxsa Gələcəyəmizin Intiharı?

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Təbiətdə mövcud olan hər hansı bir varlığın mövcudluğunu ələ alaq. Məsələn hər hansı ağac vəya bitkinin var ola bilməsi üçün nəyə ehtiyacı olduğuna dair demək olar ki hər kəs həmfikir olar. Münbit torpaq, təmiz hava, günəş şüası, su və mütəmadi olaraq doğru qulluq nəticəsində bir ağac uzun illər sağlam yaşaya bilər. Bütün bu maddi tələblərin yanında bir də o ağaca məhəbbət və diqqət də tələb olunur. Bax bu hər bir canlının ehtiyacıdır. Məhəbbət və diqqət. Əlbətdə ki canlıların ən üstünü olaraq yaradılan insanın da ən çox ehtiyacı olan da elə budur.

Məhəbbətin əsli və özü isə Yaradıcı qüvvə tərəfindən təmin edilir. Bizim Onun varlığını idrak etməyimizlə bərabər Onunla əlaqə qurma istəyimiz qarşılıqlı mənəvi yaxınlığımızın təmin olunması ilə nəticələnir. Bu mənəvi yaxınlıq varlığımızdakı məmnunluq hissinin ya da təskinliyimizin vəya daha məşhur bir ifadə ilə desək xoşbəxtliyimizin ortaya çıxmasına səbəb olar. Xoşbəxt və təskin olunmuş bir ruh isə əsla əmanət olaraq daşıdığı cana qıya bilməz yəni əsla intihar edə bilməz.

Intihar edən insanın ruh halı bunun tam əksidir. Insan mənəvi aləmində gözlə görə bilmədiyi bir mübarizənin içərisindədir. Təəssüflər olsun ki əksər hallarda bu mübarizənin fərqinə belə vara bilmir. Bu cür insanlar intihar etməsə da canlı ölülərə bənzəyər. Onlara heç bir söz və tövsüyə kar etməz. Sadəcə nəfsinin (eqosunun) arxasınca getməkdə və onun arzuladığı hər nə olursa olsun özünə mübah (halal) görməkdədir. Qurani bir ifadə ilə desək `nəfs doyumsuzdur`. Əsla nəfsinin əsiri olmuş bir insan doya bilməz, heç nə ilə təskinlik tapa bilməz. Zənn edər ki arzuları həyata keçən kimi xoşbəxt olacaq. Ancaq əsla xoşbəxt ola bilməz. Tam tərsinə özünü bədbəxtlər zümrəsinə daxil edər. Bir dünya qədər mala mülkə sahib olsa da əsla sahib olduğunu bölüşmək istəməz. Bu isə onun ruhunda dərin və sağalmaz yaraların açılmasına səbəb olar.

Bu cür halda olan insanların ruhuna qorxu və narahatlıq hakim olar. Bu onun artıq şərrin hökmünə girdiyinin dəlilidir. Bu şər onun qorxusunu və narahatçılığını daha da artırar. Ən nəhayətində isə günahların ən böyüyündən olan intihar etməyi ilə nəticələr. Çünki bu qorxu və narahatçılığa qarşı gələ biləcək gücü özündə tapa bilməz. Tənhalaşdığı üçün ətrafında da ona mənəvi dəstək ola biləcək insanlardan da uzaq düşmüşdür.

Bir daha demək ehtiyacı hiss edirəm. Səbəbsiz qorxu və narahatçılığınıza səbəb axtarmayın. Yaradana dönün və qəlbinizin onunla rabitə halında olmasını təmin edin. Bu yalnız söz ilə əsla mümkün deyildir. Bu özündən razılıq ilə əsla mümkün deyildir. Əməlin onun razılığına münasib olması başlıca şərtdir. Bu razılıq eqomuzun nəzarət altına alınması, səbəbsiz qorxuların yox olması və inanılmaz mənəvi rahatlığın meydana gəlməsi ilə nəticələr Allahın izniylə.

Vətənim Media Shorts

YouTube-da aç ↗