Prezident İlham Əliyev Cavidan Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.
***
Dövlət başçısının digər sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. /Publika.az/
İlham Əliyev iki şəxsə vəzifə verdi – SƏRƏNCAM
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
