Türkiyənin Afrindən sonra əməliyyat təşkil edəcəyi Münbiçə gedən Amerikalı komandirlər terrorçularla görüşdü.
Amerikanın öz qüvvələrinin də olduğu Münbiç bölgəsinə Türkiyənin gəlməsini istəməməsi ilə bağlı xəbərdarlığa baxmayaraq, Afrin əməliyyat haqqında açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan, növbəti hədəfini Munbiç olduğunu və bölgənin terrordan təmizləyənə qədər İraq sərhədinə qədər irəliəyəcəyini açıqlamışdı.
Ərdoğanın bu ifadələrindən sonra Amerikanın yüksək vəzifəli komandiri Münbiçə gedərək YPG terroristlərinə kömək etmək üçün onlarla görüşüb.
Amerika komandirinin YGP terroristləri ilə səmimi görüşünün görüntüləri Fransanın AFP xəbər agentliyi tərəfindən paylaşılıb.




