Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.
Millət vəkili sakinlərin müraciətlərinin həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.
Müraciətlər daha çox iş, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardıma və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili fiziki imkanları məhdud insanların müraciətlərinin həllini tapması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə müzakirələr aparıb.
Bir sıra vətəndaşlar evlərinə təbii qaz, elektrik, su xəttinin çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışıblar.
Deputat görüş zamanı sakinlərə onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.
Q.Paşayeva həmçinin kəndlərdə bir sıra şəhid ailələrinin, müharibə əlillərinin, sağlamlıq imkanları məhdud şəxslərin ailələrini də ziyarət edib.

.jpg)
.jpg)
.jpg)
.jpg)