Ordumuzdan düşmənə ağır zərbə: Ölən və yaralananlar var

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb

“Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb”.

Bunu Sputnik Azərbaycan-a, Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın, guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyindən bildiriblər.

“Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir” — nazirlikdən qeyd olunub.

Vətənim Media Shorts

YouTube-da aç ↗