Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatları üçün Hataya göndərdiyi əlavə qüvvələrin fotoları yayılıb.
TIR-lara yüklənmiş xeyli sayda zirehli nəqliyyat vasitəsi və tank Hatayın Hassa mahalına yerləşdirilib.
YPG-ni qorxuya salan hərbi vasitələrin “Zeytun budağı” əməliyyatı üçün Afrinə girəcəyi bildirilib.


