Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində Binəqədi gənclərinin Türkiyəyə səfəri davam edir.
Səfərin növbəti günlərində iştirakçılar Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsinin müdürü Murat Eskici, Kayseri Valisi Süleyman Kamcı, Kayseri Boyükşəhər Bələdiyyə başqanı Mustafa Celik, Kayseri müftisi dosent Şahin Guven, Talas kaymakamı Zekeriyya Güneyle gorüşmüşlər.
Görüşlər zamanı iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən, gənclərimiz arasında dialoqun inkişaf etdirilməsi ücün bu cür layihələrın həyata keçirilməsinin önəmindən danışmışlar.

