VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
16.02.2018 10:44 · gunaynovruz

Əfv Komissiyasının üzvü Fədayə Laçınla bağlı açıqlama verdi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib. Komissiya üzvünün dediyinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın…

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlimməməd Nuriyev həbsdə olan müğənni Fədayə Laçının müraciətinə aydınlıq gətirib.

Komissiya üzvünün dediyinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Əfv Komissiyasının nizamnaməsinə əsasən Fədayə Laçın əfv edilə bilməz:

“Əfv yalnız o şəxslərə aid edilir ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olur. Fədayə Laçın barəsində cinayət işinin davam etdiyi təqdirdə, onun əfv olunması qeyri-mümkündür. Barəsində özü və ya vəkili tərəfindən yalnız həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilə bilər. Bura həmin şəxsin zaminliyə buraxılması, ev dustaqlığı və həbslə əlaqədar olmayan qətimkan tədbirləri daxildir.

İstintaq bunun nə dərəcədə məqsədə müvafiq olduğunu, onun şəxsiyyətini, cinayət məsələsinə mane olub-olmamasını və digər məsələləri nəzərə alaraq həbs qətimkan tədbiri ilə bağlı pozitiv və ya mənfi cavab verə bilər. Hazırki şəraitdə onun əfvlə bağlı müraciəti baxılmamış saxlanılacaq. Barəsində istintaq aparılan, cinayət işi qaldırılan şəxslər barəsində əfv verilmə bilməz”.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Laçın əfv olunması üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanlayıb.