Dövlət Televiziyası təsdiqlədi: Əsəd Afrinə girir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Prezident Bəşər Əsədə tabe olan silahlı birləşmələr bir neçə saat içində Afrinə girəcək.

Bu xəbəri Suriya Dövlət Televiziyası yayıb. Məlumata görə, xəbər televiziyanın öz müxbirinə istinadən yayılıb.

Xatırladırıq ki, bu günlərdə Bəşər Əsəd və PKK arasında Afrinlə bağlı uzlaşma əldə edildiyinə dair məlumatlar ortaya çıxmışdı. “Reuters” xəbər agentliyi terror təşkilatı olan PKK və onun qollarının Əsəd rejimi ilə artıq razılığa gəlməsi və Afrinə girəcəyinə dair xəbər yaymışdı.

Vətənim Media Shorts

YouTube-da aç ↗