Terrorçuların 15 öbyekti dağıdıldı – Ölü sayı 1641-ə çatdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Bu barədə Türkiyə SQ Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.    /BakuPost/

Vətənim Media Shorts

YouTube-da aç ↗