Saakaşviliyə növbəti zərbə – 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub.

Bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib.

Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək.

Xatırladaq ki, M. Saakaşvili fevralın 12-də çarter reysi ilə Ukaynadan Polşaya göndərilmişdi. Daha sonra o, həyat yoldaşı Sandra Rulofs hollandiyalı olduğu üçün bu ölkəyə müvəqqəti viza alaraq Hollandiyaya gedib.    /Qafqazinfo/

Vətənim Media Shorts

YouTube-da aç ↗