Suriyada 5 qruplaşma Rusiyaya qarşı birləşdi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib.

Bu barədə informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam, Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma olduğunu bildirib.

Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib. Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı əməliyyatlara başlasa da? hələlik heç bir uğur əldə edə bilməyib.   /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗