VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
13.03.2018 13:18 · gunaynovruz

“Zeytun budağı” 53-cü günündə: Şəhərdən qaçan terror başçıları və Afrindən SON GÖRÜNTÜLƏR

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən “Zeytun budağı” hərəkatının 53-cü günüdür. “Mehmetçik”lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçıları şəhərdən…

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin şəhərində birgə həyata keçirilən “Zeytun budağı” hərəkatının 53-cü günüdür.
“Mehmetçik”lərin Afrinin mərkəzinə doğru irəliləyişindən qorxan PKK/YPG terror təşkilatının başçıları şəhərdən qaçmağa başlayıb.
Şəhərin mərkəzindən çıxışlarına icazə verilməyən dinc sakinlərin də terrorçulara təzyiqləri artmaqdadır. Canlı sədd kimi istifadə edilmək istəmədikləri üçün bölgədən getməyə çalışan dinc sakinləri terrorçular yalnız silah gücünə şəhərdə saxlaya bilir.
PKK cənubdakı nəzarət məntəqələrindən çağırış edərək əlavə qüvvələrin şəhərin mərkəzinə cəlb edilməsini istəyib. Bu hadisələr terrorçuların şəhərin mərkəzindəki nəzarəti əldən verdiyini göstərir.
TSQ-ya aid pilotsuz təyyarələrin Afrinin cənubunda qeydə aldığı görüntülərdə xalqa aid avtomobillərin şəhərdən çıxmaq üçün YPG/PKK-nın nəzarət məntəqəsinin qarşısında böyük konvoy yaratdığı görünür. Təşkilat isə adambaşına 1000 dollar rüşvət almaqla, dinc sakinlərin yalnız TSQ və ASO-nun hədəfində olan bölgələrə çıxmasına icazə verir. Onların məqsədi hərəkatın önünə dinc sakinlərdən ibarət sədd çəkmək və TSQ-nın əməliyyatlarını ləngitməkdir.
Yerli qaynaqlar PKK-nın Qəndil dağından Afrinə gələn terrorçularla Əsəd rejimi və İranın dəstəklədiyi qüvvələrin nəzarətindəki Nubul bölgəsindən çıxdığını bildirib.   /Publika.az/

https://youtu.be/XV-V4_wxIc0