VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
14.03.2018 17:06 · gunaynovruz

Yeni müharibənin tarixi açıqlandı – 7 aylıq danışıqların DETALLARI

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub.  7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir…

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub.
 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb.
İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq.
2014-cü ilin iyununda İŞİD terror təşkilatı Mosul və ətraf ərazini nəzarətə almasından sonra PKK silahlı gücünün bir hissəsini Mosulun qərbində və Suriya sərhədində yerləşən Sincara daşıdı. Türkiyə PKK mövzusunda Bağdadı 14 dəfə xəbərdar etsə də, Heydər İbadinin rəhbərlik etdiyi İraq hökuməti 2017-ci ilin oktyabr ayına qədər səssiz qalmış, hətta PKK-nın bölgədəki silahlı qruplarına maliyyə və hərbi dəstək göstərmişdi. Lakin Ankaranın PKK-ya qarşı əməliyyat mövzusunda qərarlı olduğunu görən Bağdad problemin həlli üçün danışıqlara başlamağa məcbur olub.
Ankara ilə Bağdad arasında 7 görüşün keçirildiyi bildirilir. Məlumata görə, türk səlahiyyətliləri PKK-nın Qəndil dağlarından Suriyaya uzanan lojistik xətti və 7 keçid nöqtəsi barədə məlumatları iraqlı həmsöhbətləri ilə paylaşıb. Aparılan danışıqların sonunda Sincar bölgəsindəki 7 düşərgə, həmçinin təşkilatın keçən il qurduğu, Qəndil və Suriya arasında əhəmiyyətl lojistik mərkəz olan Mahmur düşərgəsinin 6 kilometrliyində yerləşən düşərgəyə qarşı əməliyyata iyun ayında başladılması barədə razılıq əldə edilib. Beləliklə, İraq sərhədləri daxilindəki 8 düşərgə əsas hədəf olacaq.
PKK-nın Suriya-İraq sərhəd xəttində 12 düşərgəsinin olduğu Sincar dağı və ətraf ərazilərlə bağlı kəşfiyyat məlumatları hər gün analiz edilir.
Nəşrin yazdığına görə, Bağdad Sincar və Mahmur bölgəsindən çəkilməsi mövzusunda PKK-ya iki dəfə xəbərdarlıq edib və bu xəbərdarlıqlar may ayına qədər davam etdiriləcək. Gələn həftə Bağdaddan bir heyətin Sincara gedəcəyi və xəbərdarlığı təkrarlanacağı bildirilir.   /Publika.az/