VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
16.03.2018 12:40 · gunaynovruz

700 milyon insan qaçqına çevriləcək – 2 milyard insan isə…

2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə…

2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

Bu fikirlər “Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik” adlı məruzədə əksini tapıb.
BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.
Sənəddə dünyada su ehtiyatlarının mövcud vəziyyəti qiymətləndirilib. Məlum olub ki, su israfçılığı, su ehtiyatlarının qeyri-effektiv idarə edilməsi və infrastrukturun olmaması milyonlarla insanın su qıtlığı ilə üzləşməsinə, lazımi qədər su təchizatı, sanitariya və gigiyena normlarının pozulması səbəblərindən ölüm hallarına gətirib çıxarır.
Məruzədə bildirilir ki, planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur. Onlar ən yoxsul təbəqədən olan insanlardır.
Məruzənin müəllifləri su çatışmazlığı ilə bağlı əsas problemləri, məsələn, əhali artımı, urbanizasiya, ekosistemin dəyişməsi, ərzaq məhsullarına tələbatın artması, sənaye və energetikanın cari durumu ilə bağlı problemləri qiymətləndiriblər. Onlar suyun keyfiyyətini araşdırıblar, sudan səmərəsiz istifadə olunmasının ətraf mühitə təsirini təsvir ediblər, torpağa və su çənlərinə nə qədər təmizlənməmiş su axıdıldığını xatırladıblar.
Məruzədə su ehtiyatları sahəsində müvafiq plan təqdim edilib.
Xatırladaq ki, BMT baş katibinin 2010-cu ilin iyul ayında qəbul etdiyi qətnaməyə görə, hər kəsin şəxsi və məişət ehtiyaclarını ödəmək üçün sutkada 50-100 litr arasında sudan istifadə etmək hüququ var.  /BakuPost/