VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Vəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdi
28.03.2018 11:35 · gunaynovruz

9111 taksi xidmətində erməni təxribatı – Bakıda “Artsax”ın nə işi var?

Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribata yol verilməsinə dair çoxsaylı faktların şahidiyik. Bu çərçivədə Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması və s. hallarla dəfələrlə qarşılaşmışıq. Bu günlərdə isə…

Azərbaycana qarşı müxtəlif məsələlərdə təxribata yol verilməsinə dair çoxsaylı faktların şahidiyik. Bu çərçivədə Azərbaycan sərhədlərinin təhrif olunduğu xəritələr, milli-mədəni nümunələrin başqa xalqların adına çıxılması və s. hallarla dəfələrlə qarşılaşmışıq.

Bu günlərdə isə daha bir təxribat gözdən qaçmayıb.

Bakıda fəaliyyət göstərən 9111 taksi xidmətinin naviqasiya sistemində paytaxt küçələrindən biri “Artsax” kimi qeyd olunub. Həmin ərazisi isə əslində, metronun “Ulduz” stansiyasının yaxınlığıdır.

Görəsən, bu hal necə baş verib? Sözsüz ki, məsələni aydınlaşdırmaq üçün mütəxəssis rəyinə ehtiyac var. Bu səbəbdən “Total İT” şirkətinin rəhbəri Ruslan Haqverdiyevlə əlaqə saxladıq. Saytımıza açıqlama verən İT mütəxəssisi məsələyə belə aydınlıq gətirdi:

“Bakıda taksi xidməti göstərən şirkətlər əsasən, yerli naviqasiyalardan istifadə edirlər. Sistemin özü isə Rusiyanındır. Amma qonşu ölkə bizim xəritəni hazırlamır. Azərbaycanda 5-6 xəritə hazırlayan şirkət var. Düzü, 9111 taksi xidmətinin hansı xəritədən istifadə etdiyini bilmirəm. Bu gün Bakının xəritəsini hazırlayan onlarla şirkət var ki, bunlar beynəlxalq və lokallardır. Lokal şirkətlərin xəritəsində qeyd etdiyiniz problem ola bilməz. Bunların böyük bir hissəsi gah “Caspian Navtel”in xəritəsinə gedib çıxır, gah da başqasının. Sadəcə, taksi xidməti göstərən şirkətlər ucuz xəritələrə qaçırlar. Bunlar beynəlxalq “Google”, “Yandex”in xəritələridir. Bu tip xəritələr də əhaliyə açıqdır. İnsanlar həmin xəritələrə daxil olub, məlumat yerləşdirə bilirlər. Qarşı tərəf onun düzlüyünə inanarsa, bunu qəbul edir. Məlumat yerləşdirən şəxs minlərlə nöqtəni qeyd edir və bununla da özünə qarşı inam yaradır. Ola bilər ki, Rusiyada yaşayan hansısa erməni daima nöqtələri düzgün təyin edir və bir dəfə də fürsətdən yararlanır. Onsuz da bu kimi hallara dəfələrlə rast gəlmişik. Məsələ burasındadır ki, lokal xəritələr çox bahadır. Sistemin qiyməti isə yüzminlərlə ölçülür”.