Azərbaycanlı radioloq beynəlxalq simpoziumda məruzə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Martın 18-dən 23-dək Tayvanın paytaxtı Taybey şəhərinin konqreslər mərkəzində Dünya Neyroradioloqlar İttifaqının XXI ümumdünya simpoziumu keçirilib.

Dörd ildən bir təşkil edilən bu mühüm ümumdünya forumu neyroradioloqların ən əsas elmi qurultayıdır və 1939-cu ildən keçirilir.

Azərbaycanı bu tədbirdə əsas məruzəçilərdən biri kimi dəvət almış N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin rəhbəri, tanınmış radioloq Yunus Əfəndiyev təmsil edib.

Konqresdə dünyanın bir çox neyroradioloqları, o cümlədən korifeylər siyahısında olan J.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edib.

Növbəti neyroradioloji simpozium Nyu York şəhərində keçiriləcək

Əlavə məlumatı konqresin saytında əldə etmək mümkündür www.snr2018.org     /modern.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗