Spiker iclasdan qaçan deputatlara HİRSLƏNDİ: “Çağırın geri gəlsinlər!”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Peşə təhsili haqqında”qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib.

Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli say yoxdur.

Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər!”.

Deputatlar zala daxil olduqdan sonra yenidən səsvermə keçirilib və qanun layihəsi 2-ci oxunuşda qəbul edilib.  /Modern.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗